Mehmet Topalın komandası derbidə qalib gəldi

Türkiyəli baş məşqçi Mehmet Topalın çalışdırdığı "Petrolul" komandası Rumıniya Liqasının üçüncü həftəsində derbidə "Rapid" Buxarestlə qarşılaşıb.

Sportline.az xəbər verir ki, görüş "Petrolul"un minimal hesablı qələbəsi ilə nəticələnib.1-0.

Oyunda vurulan yeganə qolun müəllifi 31-ci dəqiqədə Albin Berişa olub. "Rapid" 87-ci dəqiqədə Qoykoviçin oyundan atılması ilə azlıqda qalıb.

Qeyd edək ki, bu qələbə Mehmet Topalın baş məşqçilik karyerasında ilk qələbəsi olub.Onun komandası 3 turdan sonra 4 xalla 9-cu yerdədir.