Məhşur baş məşqçi "Everton"a qayıda bilər

David Moyes yenidən sabiq klubu "Everton"a qayıda bilər.

Sportline.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı xəbər yayıb.

Məlumata görə mövsümə uğursuz start verən Mersisayd klubu baş məşqçi Şon Dayç ilə yolları ayırmağa hazırlaşır. Komanda onun rəhbərliyi altında İPL-ə 4 məğlubiyyət ilə başlayıb.

Son olaraq "Vest Hem"də çalışan Devid Moyes daha əvvəl 2002-ci ildən 2013-cü ilə qədər "Everton"a rəhbərlik edib.

Qeyd edək ki, "Everton"un baş məşqçi namizədləri arasında Qrehem Potterin də adı var.