Məhşur futbolçu Kipr klubunda

"Atletiko" və "Benfika"nın sabiq oyunçusu Pizzi APOEL klubuna transfer olunub.

Sportline.az A Bola-ya istinadla xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2025-ci ilə qədər müqavilə imzalayıb.

Pizzi son olaraq ölkəsində "Braqa" klubunun uğurları üçün çalışıb.O, ötən mövsüm 44 oyunda 4 qol və 4 asistə imza atıb.

17 dəfə Portuqaliya millisinin formasını geyinən təcrübəli oyunçunun aktivində 3 qol var.

Qeyd edək ki, Pizzi 2017-ci ildə Portuqaliyada ilin futbolçusu seçilib.