Məhşur ukraynalı futbolçu peşakar karyerasını sonlandırıb
Ukrayna millisinin sabiq oyunçusu Yevhen Konoplyanka peşakar karyerasını bitirdiyini açıqlayıb.
Sportline.az xəbər verir ki, son olaraq Rumıniyanın "Kluj" komandasında forma geyinən Konoplyanka 34 yaşında futbolla vidalaşıb.
Klub karyerası ərzində "Dnepr", "Sevilya", "Şalke 04", "Şaxtyor Donetsk" və "Krakoviya" komadalarında çıxış edən yarımmüdafiəçi 432 oyunda 76 qol vurub, 64 asist edib.
Ukraynada 2 dəfə ilin oyunçusu seçilən Konoplyanka 2015/2016 mövsümündə "Sevilya" ilə Avroliqanın, 2019/2020 mövsümündə isə "Şaxtyor"la Ukrayna Premyer Liqasının qalibi olub.
Qeyd edək ki, 2010-cu ildən millisinin şərəfini qoruyan təcrübəli oyunçu meydana çıxdığı 87 oyunda 21 qolla yadda qalıb.