Memfis Depayın yeni klubu rəsmiləşdi

Hollandiyalı hücumçu Memfis Depayın yeni klubu rəsmi olaraq müəyyənləşib.

Sportline.az xəbər verir ki, futbolçu Braziliyanın"Korintians" komandasının formasını geyinəcək.

Hücumçu yeni klubu ilə 2026-ci ilə qədər müqavilə imzalayıb.

Qeyd edək ki, ötən mövsümü "Atletiko Madrid"də keçirən Depay 31 oyunda 9 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.