Məmmədyarov Aronyanla xalları yarı böldü
Berlində şahmatçıların İddiaçılar Turniri davam edir. SportLine.az xəbər verir ki, bu gün iştirakçılar 2-ci tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov erməni Levon Aronyanla üz-üzə gələcək. İlk turda qələbə qazanan qrossmeysterimiz bu duelin də favoriti hesab olunur. L.Aronyan isə ilk görüşündə 0,5 xalla kifayətlənib.
ŞƏHRİYAR MƏMMƏDYAROV QƏLƏBƏ İLƏ BAŞLADI
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
11 mart 2018
ŞAHMAT, İddiaçılar Turniri
2-ci tur
A.Qrişuk – U.So - 1:0
D.Lijen – F.Karuana - 0,5:0,5
Ş.Məmmədyarov – L.Aronyan - 0,5:0,5
V.Kramnik – S.Karyakin - 0,5:0,5
Turnir cədvəli:
1. Şəhriyar Məmmədyarov - 1,5 (2809)
2. Vladimir Kramnik - 1,5 (2800)
3. Fabiano Karuana - 1,5 (2784)
4. Levon Aronyan - 1 (2794)
5. Liren Dinq - 1 (2769)
6. Aleksandr Qrişuk - 1 (2767)
7. Sergey Karyakin - 0,5 (2763)
8. Uesli So - 0 (2799)