Məmmədyarov: "Qapıda Buffon dayanmışdı"

Şahmat üzrə Azərbaycan millisinin kapitanı Şəhriyar Məmmədyarov Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun 1/8 finalında komanda yoldaşını Teymur Rəcəbova məğlubiyyətini şərh edib.

Sportline.az xəbər verir ki, o,  öz çıxışını futbol üzrə Hollandiya millisinin oyununa bənzədib:

“Mən Hollandiyanın futbol komandası kimiyəm. Gözəl oynayıb məğlub oldum. Hər şey yaxşıdır. Sadəcə, çox gözəl oynamışdım, amma qapıda Buffon dayanmışdı”.