“Mən kloun deyiləm, baş məşqçiyəm”
“Çelsi”nin çalışdırıcısı Mourisio Poçettino “Mançester Yunayted” üzərində qazanılan qələbədən (4-3) sonra çılğın sevincindən danışıb.
Sportline.az xəbər verir ki, mütəxəssis "Sky Sports"a verdiyi müsahibədə bu fikirləri səsləndirib.
“Bu sirk deyil ki, kənarda təlxəklik eləmək üçün kimsə lazım olsun. Komandaya kömək etmək üçün kənarda sakit olmalıyam. Xüsusən də kənardan köməyə ehtiyacı olan komandaya. Avropanın ən gənc komandalarından birinə sahibik. Mən kloun deyiləm, məşqçiyəm".
Poçettino 2023-cü ilin iyul ayından “Çelsi”nin sükanı arxasındadır.
Onun klubla olan müqaviləsi 2025-ci ilə qədərdir.
Qeyd edək ki, “zadəganlar” Premyer Liqanın 31 turundan sonra 43 xalla onuncu pillədə qərarlaşırlar.