Mərhum klub prezidenti zorlamada ittiham olunur
"Fulhem"in sabiq sahibi Mohammed Əl-Fayed yenidən gündəmə gəlib.
Sportline.az xəbər verir ki, ötən il dünyasını dəyişən milyarder ən azı 5 qızı zorlamada ittiham olunur.
Bu haqda ESPN məlumat yayıb.
Mənbənin verdiyi xəbərə görə, Əl-Fayedin bununla yanaşı digər aqressiv əməllərə də imza atdığı haqda ittihamlar irəli sürülür.
Qeyd edək ki, misirli iş adamı 1997-2013-cü illərdə "Fulhem"in sahibi olub.