Merih Demiral: "Türk olmağımla qürur duyuram"
Avstriya komandası üzərində 2-1 hesablı qələbədə əsas pay sahibi olan Merih Demiralın qol sevinci müzakirəyə səbəb olub.
Sportline.az xəbər verir ki, UEFA türklük rəmzi olan işarə nümayiş etdirən futbolçunun hərəkəti ilə bağlı araşdırmaya başladığını bəyan edib.
Futbolçunun məsələyə münasibəti isə belə olub: "Qolu türkçülüklə əlaqəli üsulda qeyd etmək ideyam var idi. Türk olduğumla qürur duyuram. Ona görə də, qolu belə qeyd etdim".
Bunu X sosial şəbəkəsi vasitəsi ilə jurnalist Yağız Sabunçuoğlu paylaşıb.
Xatırladaq ki, Avropa çempionatının 1/8 finalında Avstriya seçməsi üzərində 2-1 hesabı ilə qalib gələn Türkiyə millisinin hər iki qolunu Merih Demiral vurub.