Merih Demiral Türkiyəyə qayıda bilər
Türkiyə millisinin üzvü Merih Demiral karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, “Fənərbağça” onun üçün “Atalanta”ya 14 milyon avro təklif edib.
“Atalanta” klubu isə yalnız 20 milyon avro qarşılığında müdafiəçi ilə vidalaşa biləcəyini bildirib.
Qeyd edək ki, Merih Demiral “Fənərbağça” futbol akademiyasının yetirməsidir.