"Mert Müldürlə başqa komandalar da maraqlanır"

"Sassuolo"da forma geyinən türkiyəli futbolçu Mert Müldürlə "Qalatasaray"ın maraqlandığını xəbər vermişdik.

Sportline.az xəbər verir ki, İtaliya klubunun rəsmisi Covanni Rossi yerli mətbuata açıqlamasında müdafiəçiyə Türkiyənin başqa klublarından da təkliflər olduğunu açıqlayıb.

Qeyd edək ki, Mertin "Sassuolo" ilə müqaviləsi gələn mövsüm bitir.