Məşhur baş məşqçi koronavirusa yoluxdu
Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti koronavirusa yoluxub.
Sportline.az xəbər verir ki, bu barədə Kral klubunun mətbuat xidməti məlumat yayıb.
Koronavirus testi müsbət çıxan 63 yaşlı mütəxəssisin səhhəti yaxşıdır və o, karantinə alınıb.