Məşhur boksçumuz "subaylığın daşını atdı"
Azərbaycanın ilk peşəkar boksçusu, dünya və Avropa çempionu Fariz Məmmədovun toyu olub. İdmançının şad günündə idman və incəsənət sahəsinin tanınan nümayəndələri iştirak ediblər. Qeyd edək ki, F.Məmmədov hazırda "Qəbələ" İdman Klubunun boks bölməsinin rəhbəri kimi fəaliyyət göstərir.