Məşhur futbolçu 3.2 milyon avroluq avtomobil alıb

”Mançester Siti”nin hücumçusu Erlinq Holand 3.2 milyon avro qiymətində olan "Mercedes" markalı AMG One avtomobilinin sahibi olub.

Sportline.az “Dagens Naringsliv”ə istinadla xəbər verir ki, bu avtomobil dünyada ən nadir və eksklüziv avtomobillərdən biridir.

Ondan cəmi 275 ədəd istehsal edilib.

Avtomobil 200 km/saata 7 saniyəyə sürətlənir, 300 km/saata isə 15.6 saniyəyə çatır.

Avtomobil 1000 at gücündə mühərrikə malikdir.

Qeyd edək ki, cari mövsüm “Mançester Siti” ilə 30 matça çıxan norveçlinin aktivində 27 qol, 6 məhsuldar ötürmə var.