Məşhur futbolçu 7 illik müqavilə bağladı

"Vest Hem" Aaron Van Bissakanın transferini rəsmiləşdirib.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted"in sabiq futbolçusu yeni klubu ilə 7 illik müqavilə imzalayıb.

Bu haqda klubun rəsmi saytında məlumat yayılıb.

26 yaşlı müdafiəçinin keçidinin 17,6 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, Bissaka 2019-cu ildən mançesterlilərin formasını geyinirdi.

O, son mövsümdə çıxdığı 30 oyunda 3 məhsuldar ötürmə müəllifi olub.