Məşhur futbolçu arzusunu açıqladı

"Liverpul"un portuqaliyalı hücumçusu Dioqu Jota gələcəyi ilə bağlı arzusunu açıqlayıb.

Sportline.az xəbər verir ki, o, futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlamaq niyyətindədir.

"Hazırkı vəziyyətdən danışırıqsa, nə vaxtsa məşqçi olmaq istəyərdim. Düşünürəm ki, taktiki cəhətdən futbolu yaxşı anlayıram. Köməkçi məşqçi kimi kiməsə fayda verəcəyimə inanıram", - deyə Jota klubun saytına fikirərini bölüşüb. 

Qeyd edək ki, 26 yaşlı hücumçu bu mövsüm Premyer Liqada keçirdiyi 11 oyunda rəqib qapılarına 4 qol vurub.