Məşhur futbolçu Avropaya dönmək istəyir
"Real" və "Bavariya"nın sabiq futbolçusu Xames Rodriges yenidən Avropaya dönmək niyyətindədir.
Sportline.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi "San-Paulu" ilə müqaviləni pozub azad agent statusu almağa hazırlaşır.
Bu haqda jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat paylaşıb.
Qeyd edək ki, kolumbiyalı futbolçu 2023-cü ilin iyulunda Braziliya klubu ilə müqavilə bağlamışdı.
Onun anlaşmasının müddəti 2025-ci ilədəkdir.
Transfermarkt portalında 33 yaşlı Rodrigesin dəyəri 5 milyon avrodur.