Məşhur futbolçu azarkeşlərlə qalmaqal yaşayıb

Ötən illərin məşhur braziliyalı futbolçusu Vaqner Lav qalmaqalla gündəmə gəlib.

Sportline.az xəbər verir ki,  "Avai" komandasının 40 yaşlı hücumçusu Braziliya B seriyasının 25-ci turunda öz azarkeşləri ilə mübahisəyə girişib.

"Sport Resif"ə 0:2 hesabı ilə uduzan "Avai"nin fanatlarının etirazlarına çılğınlıqla cavab verən Lav sərt ifadələrlə təhqir olunub.

Qeyd edək ki, Vaqner Lav bu ilin iyulundan bu komandanın formasını geyinir.

11 oyunda meydana çıxan forvard iki qol və bir asist müəllifidir.