Məşhur futbolçu basqına məruz qalıb
"Vest Hem"in futbolçusu Kurt Zuma xoşagəlməz halla üzləşib.
Sportline.az xəbər verir ki, onun evinə silahlı basqın olub.
The Sun nəşrinin yaydığı məlumata görə, quldurlar futbolçunun evinə xeyli ziyan vurublar.
Polis cinayət işi ilə bağlı araşdırmaya başlayıb.
"Vest Hem" klubu tərəfindən quldur dəstənin tapılması ilə bağlı 25 min funt məbləğində mükafat ayrılıb.