Məşhur futbolçu "Çelsi"nin sahiblərindən biri olacaq

İngiltərə millisinin sabiq üzvü Con Terri "Çelsi" klubunun səhmlərində pay sahibi olmaq niyyətindədir.

Sportline.az The Telegrapf nəşrinə istinadla xəbər verir ki, o, 10 faiz aksiyaya yiyələnmək istəyir.

Klubun sahibi Todd Boelinin bunun əleyhinə olmadığı bildirilir.

Xatırladaq ki, 1998-2017-ci illərdə "Çelsi"nin formasını geyinən Con Terri 5 dəfə İngiltərə Premyer Liqasının bir dəfə isə Çempionlar Liqasının qalibi olub.