Məşhur futbolçu əməliyyat olunacaq
"Tottenhem"in braziliyalı hücumçusu Rişarlison əməliyyat olunacaq.
Sportline.az xəbər verir ki, bu haqda Football.London nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 25 yaşlı braziliyalı futbolçu qasıq nahiyəsindən əməliyyat olunacaq.
"Son aylar mənim üçün çox çətin oldu. Səhhətimdəki problemlə bağlı həkimlərlə məsləhətləşdim. Onlar mütləq əməliyyat olunmağımı məsləhət gördülər. Səkkiz aylıq əzaba son qoymaq vaxtıdır", - deyə Rişarlison məsələyə aydınlıq gətirib.
Qeyd edək ki, istedadlı futbolçu 2022-ci ilin iyulundan "Tottenhem"in şərəfini qoruyur.