Məşhur futbolçu hiddətləndi
"Mançester Yunayted"in futbolçusu Harri Maquayer baş məşqçi Erik Ten Haqq haqqında şikayətlənib və heyətdə yer almaq istədiyini deyib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli müdafiəçi “Heyətdən kənarda qalmaq heç bir futbolçu üçün xoş hal deyil. Erik Ten Haq və azarkşelər mənə hazırda güvənmir və mən bunu yaxşı anlayıram.
Amma, mənə şans vermələrini istəyirəm. Özümə güvənirəm”, - deyib.
Qeyd edək ki, kobud səhvləri ilə tez-tez gündəmə gələn futbolçu uzun müddədir ki, azarkeşlər və media tərəfindən tənqiq atəşinə tutulub.