Məşhur futbolçu koronavirusla bacarmır

"Yuventus”un hücumçusu Paulo Dibalada növbəti dəfə koronavirus aşkarlanıb.

Sportline.az “Football Italia” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun testi 6 həftə ərzində 4-cü dəfə müsbət çıxıb.

O, məşq zamanı nəfəs darlığı hiss etdiyini və buna görə də testdən keçdiyini bildirib. Argentinalı hücumçu öskürək, halsızlıq və digər narahatlığının olmadığını da deyib.

Qeyd edək ki, daha əvvəl Turin təmsilçisinin futbolçuları Daniel Ruqani və Blez Matüidi koronavirusa qalib gəlib.