Məşhur futbolçu "Qarabağ"a qarşı oynaya bilər

"Olimpiakos"un futbolçusu Şime Vrsalko Bakıda "Qarabağ"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda iştirak edə biləcək.

Sportline.az "Redking" nəşrinə istinadən xəbər verir ki, OFİ-yə 2:1 hesabı ilə qalib gəldikləri Yunanıstan Super Liqasının VII tur matçını xəstəlik səbəbindən buraxan 30 yaşlı müdafiəçi sıraya dönüb.

Xorvatiya millisinin üzvü Pirey təmsilçisinin məşqlərinə qoşulub.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü 20:45-də başlanacaq.