Məşhur futbolçu rəqibinin həyatını xilas etdi

Qətər çempionatının 13-cü turunda “Əl Rəyyan” – “Əl Vakra” matçında qəribə hadisə yaşanıb.

Sportline.az xəbər verir ki, qonaqların futbolçusu Usman Kulibali huşunu itirib. Bu zaman “Əl Rəyyan” ən məşhur kolumbiyalı futbolçusu Xames Rodrigez onun həyatını xilas edib. Rodrigez Kulibalinin nəfəs almasına köməklik göstərib  və huşunu özünə qaytarıb.

Futbolçunun huşunu itirməsinə səbəb ürəktutması olub.