Məşhur futbolçu rüsvay oldu

“Ayaks”ın idman direktoru Mark Overmars istefaya göndərilib.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onun istefaya göndərilməsinin isə, maraqlı səbəbi var.

Sən demə, Niderland futbolunun canlı əfsanələrindən olan keçmiş yarımmüdafiəçi qadın həmkarlarına uyğun olmayan mesajlar göndərirmiş.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis 2012-ci ildən "Ayaks"ın idman direktoru idi.