Məşhur futbolçu tennisdə debüt etdi

Uruqvay futbolunun canlı əfsanəsi Dieqo Forlan peşəkar tennisdə debüt edib.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted" və "Atletiko"nun sabiq forvardı ilk peşəkar turnirində uğursuzluqla üzləşib.

O, Montevideoda təşkil olunan yarışda Federiko Koriya ilə qoşa mübarizə aparıb.

Onlar Boris Ariasu - Federiko Sebalyos cütünə uduzublar.

Görüş 1:6, 2:6 hesabı ilə başa çatıb.

Qeyd edək ki, tennis Forlan üçün yad idman növü deyil.

O, 16 yaşınadək peçəkar şəkildə tennislə məşğul olub.