Məşhur futbolçu zorlamada günahlandırılır

Vissam Ben-Yedder zorlamada ittiham olunur.

Sportline.az xəbər verir ki, fransalı futbolçu polis tərəfindən nəzarətə götürülüb.

"L'Equipe"nin yaydığı məlumata görə, o, içkili vəziyyətdə seksual zorakılıq törətdiyi üçün məhkəmə qarşısına çıxacaq.

Hadisənin məşhur futbolçunun avtomobilində baş verdiyi bildirilir.

23 yaşlı qadın bununla bağlı şikayət etdiyindən, Ben Yedderə qarşı iş açılıb.

Məhkəmə prosesi oktyabrın 15-nə təyin olunub.