Məşhur futbolçuda dopinq aşkarlanıb

Ukrayna millisinin futbolçusunda dopinq aşkarlanıb.

Sportline.az "Tribuna.com" saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi müsbət dopinq testinə görə 4 illik diskvalifikasiya ilə üzləşə bilər.

Oyunçunun "A" nümunəsində qadağan olunmuş maddə aşkar edilib. Yaxın günlərdə "B" nümunəsinin açılması gözlənilir.

Qeyd edək ki, Mudrik 2023-cü ildən İngiltərənin "Çelsi" klubunda çıxış edir.