Məşhur futbolçudan maraqlı açıqlama

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silva futboldan əvvəl maraq dairəsinə düşən idman növünü açıqlayıb.

Sportline.az xəbər verir ki, portuqaliyalı futbolçu bu idman növünün reqbi olduğunu bildirib.

"Əvvəl reqbi ilə məşğul olmağı düşünürdüm. Sonra güzgüyə baxdım və anladım ki, bunu etməsəm yaxşıdır", - deyə Silva "Sicnoticias"a xatirəsini bölüşüb.

Qeyd edək ki, təcrübəli futbolçu 2017-ci ildən "Mançester Siti"nin formasını geyinir.