Məşhur futbolçunu fitə basdılar
Aleksandr Sobolev hələ də "Zenit" fanatlarının ürəyinə yol tapa bilmir.
Sportline.az xəbər verir ki, Sankt-Peterburq azarkeşləri "Spartak"ın sabiq hücumçusunu qəbul etmirlər.
Sobolev bu gün Rusiya kubokunun "Akron"a qarşı oyunundan əvvəl də fitə basılıb.
Onun adı çəkilərkən stadionu uğultu səsi bürüyüb.
Qeyd edək ki, 27 yaşlı forvard avqust ayında "Zenit"ə transfer olunub.
O, yeni komandasının heyətində 4 qola və 1 asistə imza atıb.