Məşhur idmançı karyerasını bitirəcəyi vaxtı açıqladı
UFC-nin ağır çəkili sabiq çempionu Frensis Nqannu karyerasını bitirməyə tələsmir.
Sportline.az xəbər verir ki, kamerunlu idmançı hələ 3-4 il də peşəkar səviyyədə çıxış edəcəyini bildirib.
"Boksa qayıtmaq niyyətim var. Məlum məslədir ki, boks və MMA-da bir neçə döyüşüm qalıb. 38 yaşım var. Karyeramı isə 41-42 yaşlarımda bitirməyi planlaşdırıram. Rinqdə və oktaqondakı son illərimdən zövq almağa çalışacağam", - deyə Nqannu "MMAJunkie"yə açıqlamasında planlarından söz açıb.
Qeyd edək ki, Frensis oktyabrın 19-da Ər-Riyadda braziliyalı Renan Ferreyra ilə üz-üzə gələcək.