Məşhur idmançı qazancını açıqladı

Məşhur boksçu Teofimo Lopes qazancı ilə bağlı sualları cavablandırıb.

Sportline.az xəbər verir ki, WBO versiyası üzrə yarımorta çəkidə dünya çempionu maliyyə məsələsinə elə də ciddi yanaşmadığını bildirib.

"Mən belə mövzularda daim güzəştə gedirəm. Bu vaxta qədər bir döyüşə görə 1 milyon dollardan artıq qazanmamışam. Məsələn Lomaçenko ilə görüşdən 460 min dollar, Coş Teylorla döyüşdən 800 min dollar qazanmışam", - deyə Lopes  "YouTube"dakı "Come And Talk 2 Me" kanalına müsahibəsində bununla bağlı suala cavab verib.

Təcrübəli idmançı fikrini daha çox rinqə yönəltdiyini də vurğulayıb.