Məşhur ispaniyalının yeni iş yeri məlumdur

"Real"ın və İspaniya millisinin sabiq futbolçusu Fernando Moryentesin yeni iş yeri məlum olub.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, o, İtaliyanın "Rasinq Kapri" klubunda texniki direktor vəzifəsinə təyin olunub. 44 yaşlı mütəxəssisin səlahiyyətlərinə perpektivli gənc futbolçuların axtarışı daxil olacaq.

Xatırladaq ki, F.Moryentes "Real"la yanaşı "Monako", "Liverpul", "Valensiya", "Marsel" kimi komandalarda da çıxış edib. O, 2012-2014-cü illərdə "Real"ın gənclərdən ibarət komandasını çalışdırıb.