Məşhur klubun qapıçısından bəd xəbər

“Yuventus”un qapıçısı Mattia Perin koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb. İtaliyalı qolkiper karantinə alınaraq komandadan təcrid olunub.

Qeyd edək ki, Perin bu mövsüm 6 oyunda 7 top buraxıb.