Məşhur məşqçiyə abidə ucaldıldı

Londonun "Arsenal" klubu "Emireyts" arenanın qarşısında Arsen Vengerə abidə ucaldıb.

Sportline.az klubun saytına istinadla xəbər verir ki, bu addım komandaya böyük uğurlar qazandırmış sabiq baş məşqçiyə rəğbətin göstəricisi olaraq atılıb.

Qeyd edək ki, fransalı mütəxəssis müasir "Arsenal"ın banisi sayılır.

1996-cı ildən 2018-ci ilədək komandanı çalışdıran Venger, "Arsenal"a 3 dəfə İngiltərə çempionluğu və 7 dəfə ölkə kuboku və Superkuboku titulunu qazandırıb.