Məşhur məşqçiyə saqqız tulladılar

“Mançester Yunayted”in futbolçusu Van de Beek ötən gün Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Vilyarreal”la görüşdə (2:1) oynamamasına etiraz edib.  

Sportline.az xəbər verir ki, görüşə ehtiyat oyunçular skamyasından başlayan 24 yaşlı yarımmüdafiəçi sonradan meydana daxil olacağını düşünsə də, bu, belə olmayıb. Futbolçu meydana özünün yox, komanda yoldaşı Fredin daxil olacağını görəndə əsəbiləşib. O, ağzındakı saqqızı çıxararaq baş məşqçi Ole Qunnar Sulşerin dayandığı tərəfə atıb. “Mançester Yunayted”in digər futbolçuları Din Henderson və Erik Bayi niderlandı oyunçunu sakitləşdirməyə çalışıblar. 

Qeyd edək ki, ötən ildən “qırmızı şeytanlar”da çıxış edən Van de Beek bu mövsüm Premyer Liqada cəmi 6 dəqiqə meydanda olub.