Məşhur portuqaliyalı Türkiyə klubunda

Portuqaliyalı ulduz futbolçu Luiş Nani yenidən Türkiyə Super Liqasında çıxış edəcək.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, 36 yaşlı futbolçu bu mövsüm “Adana Demirspor”un şərəfini qoruyacaq.  

Cinah hücumçusu Türkiyə klubu ilə 2 illik müqavilə imzalayıb.

Luiş Nani bundan öncə “Mançester Yunayted” “Valensiya” “Latsio” və “Fənərbağça” kimi klubların formasını geyinib.

Qeyd edək ki, Nani milli komanda forması ilə çıxdığı 112 qarşılaşmada 23 qolla da yadda qalıb.