Məşhur rusiyalı Niderland nəhənginin hədəfində

"Feyenoord" klubu rusiyalı futbolçu Anton Mirançukun xidmətində maraqlıdır.

Sportline.az "Sport-express"ə istinadla xəbər verir ki, niderlandlılar onun transferinə çalışırlar.

28 yaşlı futbolçunun Moskva "Lokomotiv"i ilə müqaviləsi bu yay başa çatıb.

O vaxtdan azad agent statusu daşıyan Mirançukla Niderlandın digər klubu - "Ayaks"ın da ciddi maraqlandığı haqda xəbərlər dolaşmaqdadır.

Qeyd edək ki, ötən mövsüm 38 oyunda meydana çıxan yarımmüdafiəçi 8 qol, 7 asist müəllifi olub.