Məşhur şahmatçımız ruslara müraciət elədi

Tanınmış qrossmeysterimiz Rauf Məmmədov Ukraynadakı müharibədə ölkəsini dəstəkləyən rusiyalı şahmatçı Sergey Karyakini tənqid edib.

Sportline.az xəbər verir ki, R. Məmmədov bu barədə fikirlərini Feysbuk səhifəsində paylaşıb.

Beynəlxalq qrossmeyster Karyakini təlxək adlandırıb:

"Biz 24 ildir bir-birimizi tanıyırıq, həmişə normal münasibətimiz olub. Amma indi çox təəssüf ki, sən təlxəyə çevrilib öz slavyan qardaşlarının ölümünü dəstəkləyirsən.

Həmkarlarımızın neçə gündür bombala görə sığınacaqlarda qaldığı bir vaxtda təhqiramiz ifadələr yazırsınız. Bir çox şahmatçılar, yoldaşlarım evsiz qalıb. İndi sənə yazığım gəlir.

Mən də ruslara müraciət etmək istəyirəm. Mən bilirəm ki, sizin aranızda kifayət qədər adekvat insanlar var və siz bu soyqırımı və terroru dayandıra bilərsiniz.

Küçəyə çıxın və xəstə babanızı sakitləşdirin. Ukraynaya eşq olsun”.

Qeyd edək ki, Rauf Məmmədovun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır.