Məşhur stadion yenilənəcək

"Mançester Yunayted"in əfsanəvi arenası "Old Trafford" yenilənəcək.

Sportline.az xəbər verir ki, klubun səhmlərinin 25 faizinə sahib çıxan Cim Retkliff bu qərara gəlib.

Bu haqda "Telegraph Football" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, britaniyalı milyarder stadionun tamaşaçı tutumunu artırmaq niyyətindədir.

Bunun Retkliffə 932 milyon avroya başa gələcəyi bidirilir.

Ümumi yenilənmənin dəyəri isə 2 milyard 330 milyon avro ola bilər. 

Qeyd edək ki, arenanın azarkeş tutumunun 74,3 mindən 90 minə artırılacağı gözlənilir.