Məşhur tennisçi ilə futbolçu sevgilidir
Məşhur tennisçi Ben Şelton amerikalı futbolçu Triniti Rodmanla sevgili olduğunu açıqlayıb.
Sportline.az xəbər verir ki, o, sosial şəbəkə hesablarında bununla bağlı məlumat paylaşıb.
Məşhur idmançıların birgə fotosu idmansevərlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, ABŞ millisinin və "Vaşinqton Spirit" klubunun futbolçusu olan Triniti əfsanəvi basketbolçu Denis Rodmanın qızıdır.