Məşqçilər Komitəsi Prosineçki ilə görüşdü
Bu gün AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə Məşqçilər Komitəsinin üzvlərinin görüşü keçirilib.
SportLine.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, görüşdə Azərbaycan milli komandalarının hazırkı durumu, mövcud problemlər və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb.