Məşqə çıxmadığına görə 764 min avro cərimələndi

"Mançester Yunayted"in hücumçusu Markus Reşfordu ağır cəza gözləyir.

Sportline.az xəbər verir ki, məşhur futbolçu intizamsızlığa görə 764 min avro cərimə ödəməlidir.

Buna futbolçunun gecə klubunda keçirdiyi vaxtla əlaqədar komandanın məşqinə çıxmaması səbəb olub.

Reşford bunu təkzib etsə də, klub nümayəndələri onun intizamsızlığını sübuta yetiriblər. 

Bu haqda "The Sun" nəşri məlumat yayıb.

Onun ötən həftə iki gün ardıcıl olaraq Belfasta gecə klubunda vaxt keçirdiyi bidirilir.

Reşford bu mövzunu şərh etməməyə üstünlük verib.