Messi azarkeşlərdən üzr istədi

“Barselona”nın kapitanı Lionel Messi azarkeşlərə müraciət edib.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu klubla arasında baş verən anlaşılmazlıqlara görə tərəfdarlardan üzr istəyib:

“Əgər sizi məyus etdimsə, üzr istəyirəm. Səhvlərim varsa, məsuliyyəti öz üzərimə götürürəm. Hər şeyi “Barselona”nın daha da yaxşı olması üçün etmişəm. Yaşanan anlaşılmazlıqlara artıq son vermək istəyirəm. “Barselona”nın gələcəyi üçün artıq bir olmağımız lazımdır. Yalnız belə olacağı təqdirdə hədəflərimizə çata bilərik”.