Messi "Barsa"dan ayrılmağa hazırlaşır
Lionel Messi "Barselona"dan ayrılamağ hazırlaşır. SportLine.az xəbər verir ki, "AS" nəşri bu iddia ilə çıxış edib.
Qəzetin yaydığı məlumata görə, argentinalı ulduz 2018-ci ildə başa çatacaq müqaviləsini yeniləməkdə maraqlı deyil. Futbolçunun karyerası barədə bu qərarı verməsində onun meneceri funksiyasını ivra edən atası Xorxe Messinin də rolu böyükdür. İddialara görə, Leo İngiltərə Premyer Liqasına yollanmaq arzusundadır.
Xatırladaq ki, Lionel Messi və atası bu yaxınlarda İspaniya Məhkəməsi tərəfindən vergidən yayındıqları üçün cəzalandırılmışdı. Mətbuata açıqlama verən Xorxe Messi İspaniyadakı sərt vergi qanunlarından gileylənərək Loenun İngiltərə klublarından birinə keçə biləcəyini dilə gətirmişdi.