Messi MLS All-Star oyununu buraxa bilər
"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi qarşıdan gələn MLS All-Star oyununu buraxa bilər.
Sportline.az xəbər verir ki, bu barədə USA Today nəşri məlumat yayıb.
Oyun iyulun 24-də baş tutacaq, lakin 37 yaşlı futbolçunun Amerika Kubokunun finalında Kolumbiya ilə oyunda (1:0) aldığı zədə səbəbindən matça iştirakı sual altındadır.
Final matçında Messi 66-cı dəqiqədə topuğundan zədələnərək meydanı tərk etmişdi.
Qeyd edək ki, Argentinanın Kopa Amerikanın finalında Kolumbiyanı məğlub etməsindən sonra 37 yaşlı super ulduz 45 kubokla dünyanın ən çox kubok qazanan oyunçusu ünvanına sahib çıxmışdı.