Messi nədən narazıdır?

PSJ-nin hücumçusu Lionel Messi Fransa mətbuatının tənqidlərindən narazıdır.

Sportline.az "Le Parisien"ə istinadən xəbər verir ki, son aylarda məşhur fransız nəşrləri müntəzəm olaraq argentinalı oyunçuya matçlardakı oyuna görə aşağı qiymətlər qoyublar.

34 yaşlı futbolçunun reytinqləri hətta Paris təmsilçisinin paltardəyişmə otağında da müzakirə olunmağa başlayıb.
Messi bir sıra klub rəhbərlərinə medianın bu münasibətinin onun üçün gözlənilməz olduğunu açıqlayıb.