Messi Parisə qayıtdı
PSJ-nin və Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2022-dən sonra vətəni Rosarioda tətilini başa vurub.
Sportline.az "İnfobae"yə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu ailəsi ilə birlikdə şəxsi təyyarə ilə Parisə uçub. Onu yanvarın 11-də Fransa çempionatında "Anje" ilə matçda oynayacağı gözlənilir .
Messi Liqa 1-də bu mövsüm 13 matçda 7 qol vurub və 10 qolun ötürməsini verib.
Xatırladaq ki, Argentina DÇ-2022-nin finalında Fransanı məğlub edərək mundialın qalibi olub.